• cümə, 19 Aprel, 06:44
  • Baku Bakı 13°C

“999-cu gecə” tamaşası növbəti dəfə göstəriləcək

08.01.22 17:54 326
“999-cu gecə” tamaşası növbəti dəfə göstəriləcək
Yanvarın 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə” tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindənKaspi.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Qeyd edək ki, tamaşanın premyerası 25 may 2016-cı ildə oynanılıb.
Səhnə əsərinin süjet xəttinin əsasını çəkməçi Marufla ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl "Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə” adlandırıb.
Gözlənilməz situasiyalarla zəngin olan bu səhnə əsərində hətta ikimərtəbəli dekorasiya da xüsusi simvolik məna daşıyır.
Musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə” baletinin musiqilərindən və onun digər əbədiyaşar əsərlərindən istifadə olunub.
Tamaşada Əməkdar artist İqrar Salamov, aktyorlar - Mehriban Zaliyeva, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Nicat Əli, Elçin İmanov, Hüseyn Əlili, Elməddin Dadaşov oynayacaqlar.
banner

Oxşar Xəbərlər