• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

90 Ukrayna hərbçisi əsir düşüb

19.02.15 12:00 962
90 Ukrayna hərbçisi əsir düşüb
Ukrayna Müdafiə Nazirliyi Debaltsevoda gedən döyüşlər zamanı azı 90 hərbçinin əsir düşdüyünü açıqlayıb.
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Debaltsevo platsdarmı cəbhələrinin birində düşmən qüvvələri ilə qeyri-bərabər döyüşdə Ukrayna Silahlı Qüvvələrinin 90-dan çox hərbi qulluqçusu əsir düşüb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə öz növbəsində Debaltsevoda onlarla silahlı separatçının saxlanıldığını və onların hazırda istintaqa ifadə verdiklərini bəyan edib.
Donetsk separatçılarının liderlərindən olan Denis Puşilin əsirləri "hamını hamıya" prinsipi ilə dəyişdirməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, Minsk sazişinə əsasən tərəflər bütün əsirləri qarşılıqlı şəkildə azad etməlidir.
banner

Oxşar Xəbərlər