• cümə axşamı, 28 mart, 21:44
  • Baku Bakı 13°C

85 ilə sığan böyük fəaliyyət

29.06.19 10:30 8232
85 ilə sığan böyük fəaliyyət
Azərbaycanmillimusiqisinintariximənbəyi minilliklərin dərin qatlarına gedibçıxsada, XX əsrin əvvəlindədahibəstəkarımız Üzeyir bəy Hacıbəyli Avropaanlamlımusiqiyaradıcılığının əsasınıqoymaqla, musiqi mədəniyyəti tariximizdə keyfiyyətcəyenibirsəhifə açdı. ÜzeyirHacıbəylinin 1908-ciildə səhnəyəqoyulmuş"Leylivə Məcnun” operası ilə əsasıqoyulanAzərbaycan bəstəkarlıq məktəbi ötən əsrdəözintibahdövrünüyaşadı vəQaraQarayev, Fikrət Əmirov, Cövdət Hacıyev,Niyazi, Səid Rüstəmov, TofiqQuliyev,ArifMəlikov, VasifAdıgözəlov, Firəngiz Əlizadəkimidünyamiqyaslı dahi sənətkarlar yetişdirdi. Azərbaycanmusiqisininçoxqısazamankəsiyində təşəkkülübirsıra yeniliklər və əlamətdar hadisələrlətarixinyaddaşında qaldı.Buəlamətdar hadisələrdənbiridə Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasıidi.
Azərbaycan bəstəkarlarının ayrıca təşkilatlanma prosesinə 23 aprel 1932-ci il tarixli «Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında» qərarı təkan verib.
1934-cü il iyun ayının 30-da 17 nəfərin, o cümlədən Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyov, Niyazi və başqalarının iştirakı ilə keçirilən təsis yığıncağının günü - musiqi tarixində Azərbaycan Bəstəkarlar İttifaqının yaranma günü kimi qəbul edilib.
Bəstəkarlar İttifaqının uzunmüddətli strategiyasını hazırlamaq üçün onun başında elə ilk illərdən məhz Azərbaycan musiqisinin xidmətində dayanmış şəksiz nüfuz sahibinin, böyük şəxsiyyətin durması tələb olunurdu.
1937-ci il fevralın 15-də Bəstəkarlar İttifaqında növbəti hesabat-seçki toplantısı keçirilir və təşkilata sədr seçilən Üzeyir Hacıbəyov çox mürəkkəb və ziddiyyətli bir şəraitdə ona başçılıq etməyə başlayır.
Ü.Hacıbəyovun təşkilata sədrlik etməsi ilə İttifaqın təşəkkül prosesi məqsədyönlü xarakter alıb və qısa zaman kəsiyində onun nüfuzu, fəaliyyət dairəsi genişlənib, sıraları istedadlı gənc milli kadrlarla xeyli artıb.
Yarandığı ilk illərdə cəmi bir neçə milli kadrın təmsil olunduğu İttifaqda 1948-ci ilin əvvəlində 55 üzv - 45 nəfər bəstəkar və 10 nəfər musiqişünas vardı. Hazırda Azərbaycan Bəstəkarlar İttifaqının 162 üzvü var ki, onlardan da 85 nəfəri bəstəkar, 77-si isə musiqişünaslardır.
Azərbaycan Bəstəkarlar İttifaqının səmərəli fəaliyyətində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. H.Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə – bəstəkar və musiqişünaslara çox böyük qayğı və ehtiramla yanaşıb.
Hələ 1969-1982-ci illərdə SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə cənab Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi.
Xüsusivurğulamaqlazımdırki, bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənabİlhamƏliyevinAzərbaycan Bəstəkarlar İttifaqına, ümumiyyətlə, musiqimədəniyyətinin inkişafına dövlət səviyyəsində qayğısımusiqiictimaiyyəti tərəfindən böyükrazılıqla qarşılanır.
Yarandığı gündənmusiqimədəniyyətinin inkişafındaçox əhəmiyyətli rol oynamış Azərbaycan Bəstəkarlar İttifaqına böyük sənətkarlar, şəxsiyyətlər rəhbərlikediblər. Üzeyir Hacıbəylidənsonra İttifaqa yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlaradayaqolan, onların problemlərinin həllində köməkolanSəid Rüstəmov,QaraQarayev, AqşinƏlizadə, TofiqQuliyev, VasifAdıgözəlovkimişəxsiyyətlər rəhbərlik ediblər.
Hazırda təşkilatın başında Q.Qarayev məktəbinin ən parlaq nümayəndələrindən biri olan və beynəlxalq aləmdə öz sözünü deyən, yüksək nüfuz qazanmış bir şəxsiyyət – Respublikanın xalq artisti, professor,YUNESKO-nun "Sülh artisti”,"Şöhrət”(2007) və"Şərəf”(2017) ordenli,AMEA-nın müxbir üzvü(2017)Firəngiz Əlizadədurur. Firəngiz Əlizadə özündən əvvəlki rəhbərlərin yolunu layiqincədavametdirir.
Azərbaycan Bəstəkarlar İttifaqıözüzərinə düşən məsuliyyətli vəzifəni bugündədavametdirirvəprofessionalmusiqiçilərimizin formalaşmasında, musiqixəzinəmizinyeni-yeniəsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyadatəbliğində müstəsna işlərgörür.
Sonillərdə Azərbaycan Bəstəkarlar İttifaqında yaranan ənənəvi tədbirlərdənbiridə "Müasirlərlədialoq” silsilə görüşlərin keçirilməsidir. Ziyalılarımızın xalqa tanıdılması, onların tövsiyələrindən bəhrələnmək, cəmiyyət və şəxsiyyət anlayışı hərzamanolduğukimibugündə aktualdır. Azərbaycan cəmiyyətinin tanınmış simaları ötən illər ərzində bu layihənin qonağı olublar.
Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində bəstəkar və musiqişünasları bir yerə cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi olaraq, ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır.
Azərbaycan peşəkar musiqisi təşəkkül tapdığı zaman ərzində dünya musiqi xəzinəsinə ölməz əsərlər bəxş edib və Azərbaycan bəstəkarları XXI əsrə böyük sərvətlə, musiqi xəzinəsi ilə daxil olmuşlar. Azərbaycan Bəstəkarlar İttifaqı öz missiyasını bu gün də davam etdirir. Belə ki, bu gün peşəkar musiqiçilərimizin neçə-neçə nəsillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyada təbliğində ayrı-ayrı sənətkarların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu danılmаzdır.
Azərbaycan Bəstəkarlar İttifaqı Respublikanın musiqi həyatında fəal iştirak edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqının əməkdaşlığı önəmlidir. Xüsusilə «Üzeyir Dünyası», «Muğam ensiklopediyası» layihələrinin, «Muğam Aləmi» Beynəlxalq Musiqi Festivallarının bədii rəhbəri kimi Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin fəaliyyəti qeyd olunmalıdır.
Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi və geniş vüsət aldığı"İpək yolu” Beynəlxalq Şəki Musiqi Festivalıqədim tarixə və zəngin musiqi ənənələrinə malik olan Şəki şəhərində iyunun 29-dan iyulun 3-dək artıq 10-cu dəfə böyük müvəffəqiyyətlə keçiriləcək. Bu festivalın əsas məqsədi qədim dövrlərdən Azərbaycan şəhərlərindən keçən tarixi "İpək yolu”nun əhatə etdiyi Şərq və Qərb dünyasının bir çox xalqlarının arasında musiqi vasitəsilə dialoq quraraq, qarşılıqlı mədəni əlaqələri genişləndirməkdən ibarətdir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvləriAzərbaycan hökuməti,Heydər Əliyev Fondu,Mədəniyyət və Turizm Nazirliyinindəstəyi ilə keçirilənMstislav Rostropoviç adına,Qara Qarayev adına, eləcə dəQəbələ Beynəlxalq Musiqi Festivallarında da yaxından iştirak edir. Həmin festivallarda bəstəkarlarımızın əsərlərinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş musiqi ifaçıları və kollektivlər tərəfindən səsləndirilməsi, milli bəstəkarlıq məktəbinin nailiyyətlərini nümayiş etdirir. Müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəylinin xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daima yad edilir.
Təsadüfi deyildir ki, Firəngiz xanımın təşəbbüsü ilə dahi Üzeyir bəyin xatirəsi bir daha əziz tutularaq "Üzeyir Hacıbəyli” Fəxri medalı təsis olunub. Medalın ilk nüsxəsi də Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim olunub. Hamımıza məlumdur ki, məhz Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə "Ömür salnaməsi”, "Üzeyir Hacıbəyli ensiklopediyası”, "Bədii və publisistik əsərlər” kitabları, "Leyli və Məcnun”, "Koroğlu” operaları və "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Bunlardan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.
2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilən, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyada hazırlanıb.
Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarların yubileylərinin qeyd olunması, onların xatirələrinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsi respublikamızın musiqi həyatında əlamətdar hadisələrdəndir. Dünyasını dəyişən ustad sənətkarlarımızın xatirəsi Azərbaycan Bəstəkarlar İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlərlə - konsertlərlə, konfranslarla, anım mərasimlər ilə qeyd olunur. Musiqişünaslığımıza həsr olunmuş elmi-praktik konfranslarda alimlərin elmi yaradıcılığına nəzər salınmaqla yanaşı, xüsusilə musiqi elminin bir sıra problemlərinin önə çəkilməsi diqqəti cəlb edir.
Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələri genişdir. Xarici bəstəkarların, dirijorların və musiqi ifaçılarının respublikamıza gəlişi və konsertlər verməsi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmələri, xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan peşəkar musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq əlaqələrin yaranmasında, inkişafında İttifaqda keçirilən görüşlər də əlamətdar olub.
Azərbaycan Bəstəkarlar İttifaqının respublika üzrə beş bölgə təşkilatı açılmışdır:Naxçıvan,Qarabağ,Gəncə,Lənkəran,Şəkişəhərlərində fəaliyyət göstərən musiqi xadimlərini - bəstəkar və musiqişünasları öz ətrafında cəmləşdirən bu bölgə təşkilatlarında səmərəli iş aparılır. Burada mütəmadi olaraq ABİ-nin səyyar plenumları və müxtəlif tədbirlər keçirilir.
Bəstəkarlar İttifaqının qurultayları, plenumları, müxtəlif musiqi tədbirləri - müsabiqələr, festivallar və s. həmişə Azərbaycanın musiqi həyatında diqqəti cəlb edir. Bəstəkarların yaradıcılığında, ümumilikdə Azərbaycan musiqisində mərhələ təşkil edən əsərlərin yaranması və səsləndirilməsi də çox hallarda qurultaylar, plenumlar və festivallar zamanına təsadüf edir. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunan plenumlar, adətən, musiqinin müxtəlif janrlarına həsr olunur: simfonik musiqi, kamera-instrumental və vokal musiqi sahəsində, xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuş plenumlar diqqətəlayiqdir. Həm bəstəkarların yeni yazılan əsərlərinin geniş ictimaiyyətə təqdimatı baxımından, həm də bəstəkarın özünün, bir növ, yaradıcılıq hesabatı kimi.
Azərbaycan Bəstəkarlar İttifaqının prioritet fəaliyyət istiqamətlərindən biri də gənclərin yaradıcılığı ilə bağlıdır. ABİ-nin sıraları daim genişlənir, gənc bəstəkar və musiqişünaslar təşkilata üzvü qəbul olunurlar. İttifaqın İdarə heyəti istedadlı gənc bəstəkar və musiqişünaslarla yaradıcılıq işi aparır, onları istiqamətləndirir. Bəstəkarlar İttifaqı mütəmadi olaraq gənclərin yaradıcılığına həsr olunmuş festivallar, plenumlar, konsertlər, konfranslar və simpoziumlar keçirir. Onların əsərləri xarici ölkələrdə də yayılır. Gənc bəstəkarlar Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi simfonik, kamera, xor, vokal-simfonik, uşaq musiqisi, xalq çalğı alətləri orkestri üçün yazılmış yeni əsərlərə həsr olunan bütün plenumlarda, festivallarda, müsabiqələrdə iştirak edir, onların ən yaxşı əsərləri televiziya və radio dalğalarında səsləndirilir.
Fəaliyyət göstərdiyi 85 illik böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını və musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
İltifat HACIXANOĞLU
banner

Oxşar Xəbərlər