• cümə axşamı, 18 aprel, 15:21
  • Baku Bakı 22°C

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

27.02.21 11:45 636
“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.
Bu barədəKaspi.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
"2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin "Memar Əcəmi” və "Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin "Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə "8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur", - məlumatda qeyd olunub.
banner

Oxşar Xəbərlər