• cümə, 29 Mart, 05:27
  • Baku Bakı 7°C

“8 dəfə 0:1 hesabıyla uduzmaqdansa, bir dəfə 0:8 uduzmaq yaxşıdır”

27.07.13 07:40 1500
“8 dəfə 0:1 hesabıyla uduzmaqdansa, bir dəfə 0:8 uduzmaq yaxşıdır”
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov Avropa Liqasındakı təmsilçilərimizin çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Qarabağ” layiqli şəkildə mübarizə apardı və üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı. “İnter” isə hücumda çoxlu səhvlərlə yadda qaldı. Onlar ikinci qolu da vura bilərdilər. Ümumiyyətlə, onlar hələ səfər oyununda iki qol buraxmamalıydılar. “Xəzər Lənkəran”a gəlincə, belə nəticəni heç kim gözləmirdi. Lakin hesab edirəm ki, səkkiz dəfə 0:1 hesabıyla uduzmaqdansa, bir dəfə 8 qol buraxmaq daha yaxşıdı. Qoy bu məğlubiyyətdən yaxşıca dərs çıxarsınlar”.
banner

Oxşar Xəbərlər