700 balları itirməklə nə qazandıq?
Artıq srağagündən ali təhsil
müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. Tələbə adı qazanan
şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə
təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər. Hətta ötən il 29 abituriyent 700 bal topladığı halda, bu il o rəqəm sıfır olub. Nəticələrin zəif olmasını Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də təsdiqləyib: "I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma müşahidə etmək olur. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı nisbətən çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərin sayının az olmasına təsir edən amillərdən biri ola bilər”.
Bəs tələbələrin qəbul ballarına əsaslı təsir edən yeni model bizə nə verəcək? Yeni təhsil modeli üzərində təkmilləşdirilmə aparılmalıdırmı?
DİM sədri deyir ki, 3 abituriyentin nəticəsinə görə, qəbulla bağlı fikir söyləmək düzgün deyil. Onun sözlərinə görə, nəticələr elan olunduqdan sonra onun üzərində il ərzində işlənilir və elmi tədqiqatlar aparılır: "Mütəxəssis olaraq qeyd edə bilərəm ki, nəticələr elan olunduqdan sonra dərhal hər hansı fərqli fikirlər söyləməyə tərəddüd edirəm. Biz il ərzində işləyirik, elmi tədqiqatlar aparırıq. Ona görə də bir gündə kütləvi qəbul prosesi ilə bağlı nəticələri dərhal deyə bilmərəm. Təhsil sistemində hansı proseslər gedir və imtahan nəyi göstərdi - bax bunu elmi tədqiqat aparandan sonra demək olar. Mən indi ancaq ilkin nəticələri, statistik göstəriciləri deyə bilərəm. İstərdim ki, bir il keçdikdən sonra ali təhsil müəssisələrində çalışan müəllimlərlə görüşüb qərara gələk ki, razılıq olsa, I qrupda oxuyan tələbələr üçün monitorinq imtahanı keçirək. Bu zaman həmin gənclərin akademik nəticələrinin özünü necə doğrultduğunu bilmək olar. Nəticədə onlardan əvvəlki tələbələrdən nə kimi fərqlərinin olduğunu deyə bilərik. Yalnız bundan sonra kütləvi prosesi qiymətləndirmək olar”.
Aygün ƏZİZ

"İnqilabi
dəyişiklik hesab etmirəm”
Təhsil
eksperti Etibar Əliyev deyir ki, mərhələ-mərhələ
bacarıqlara uyğun olaraq, qiymətləndirmə metodologiyası dəyişməlidir. Onun
sözlərinə görə, bu, inqilabi dəyişiklik deyil: "Kurikulumlar 11-ci sinfi tam
əhatə etdiyi üçün yeni imtahan modeli tətbiq olundu. DİM bu situasiyadan yayına
bilməzdi. Mütləq kurikulumlarda qoyulan yeni bacarıqların ölçülməsi gərək idi.
Bu baxımdan imtahanın modeli dəyişdirildi, buraxılış və qəbul imtahanlarının
nəticəsi toplandı. Mən ekspert olaraq, bunu inqilabi dəyişiklik hesab etmirəm.
Sadəcə olaraq, 30 ənənəvi qapalı tipli test tapşırıqlarının 8-i açıq tipli test
tapşırıqlarına verildi. Açıq tipli test tapşırıqlarından irəli gələn
bacarıqların qiymətləndirilməsi nəticəsində 700 bal toplayan olmadı. Əvvəlcədən
də demişdik ki, 700 bal təhsilin keyfiyyətinin göstəricisi deyil və bu, 2006-cı
ildən başlayaraq dəyişən rəqəmlərlə ifadə olunub. Ən pik həddi isə keçən il
müşahidə olmuşdu. 29 abituriyent 700 bal topladı. Bu il isə 1 nəfər belə, 700-ü
toplaya bilmədi. Bu, birmənalı şəkildə yeni bacarıqların qiymətləndirilməsindən
qaynaqlandı. Məktəb, müəllimlər, repetitorlar, hazırlıq kursları dəyişməz
olaraq qalıb. Sadəcə, sistem dəyişib. Nəticənin zəifliyini təhsilin
keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirmək düzgün deyil. Düzdür, 700
ballar olmadı, ancaq 3-cü ixtisas qrupunda 400 baldan 600 bala qədər toplayan
abituriyentlərin sayı kəskin şəkildə dəyişdi. Ona görə də fikir verirsinizsə,
üçüncü ixtisas qrupunda demək olar ki, boş yer qalmadı. Digər ixtisas
qruplarında situasiya bir qədər fərqlidir”.
"Dərsliklərdə
ciddi dəyişikliklər aparılmalıdır”
Ekspert hesab edir ki, məktəb
kurikulumla bağlı gələn yeni situasiyaları uşaqlara təlqin etməlidir və uşaqlar
bu bacarıqları qazanmalıdırlar: "Əvvəlki təhsil sistemində sual belə qoyulurdu
ki, "nəyi bilirik?”. İndi isə kurikulumun tələbi "nəyi bilirik” deyil, "nəyi
bacarırıq”dır. Ona görə də artıq bacarıqların qazanılmasında müəllimlər və
məktəb çox ciddi şəkildə çalışmalıdır. Bunun üçün çoxsaylı vəsaitlər də dərc
olunmalı, dərsliklərdə ciddi dəyişikliklər aparılmalıdır. Bu gün dərsliklərin
demək olar ki, tam əksəriyyətində açıq tipli tapşırıqlara yer verilmir. Ona
görə də bunun üzərində müəllimlər çalışmalıdırlar. Qarşılıqlı çalışmalar
növbəti tədris ilində boşluğu aradan qaldıra bilər. Hesab edirəm ki, bu ilki
qəbulda elə bir faciə baş verməyib. 700 bal olmasa belə, 600-dən 700-ə qədər bal toplayanların sayı
ötən ilkindən o qədər də kəskin şəkildə fərqlənmir”.
Yeni
model tələbələrin robotlaşmasının qarşısını alırmı?
Müsahibimizin fikrincə, növbəti
tədris illərində mərhələ-mərhələ bacarıqları inkişaf etdirən açıq tipli
tapşırıqların sayı artırılmalıdır: "Yəni istər məktəb, istərsə də müəllimlər,
repititorlar, hazırlıq kursları bunu təlqin etməlidir. Bəli, haqlısınız,
abituriyentlər qapalı tipli test tapşırıqlarına alışmışdılar və bunu çətinlik
çəkmədən, müəyyən metodlarla həll edirdilər. Bu artıq vərdişə çevrilmişdi.
Ancaq açıq tipli test tapşırıqları müəyyən dərəcədə düşüncə, məntiq tələb edir.
Eyni zamanda, açıq tipli test tapşırıqlarının fəlsəfəsi fənlərin mövzular üzrə
ardıcıl olaraq mənimsənilməsi faktorunu ortaya qoyur. Hesab edirəm ki, növbəti
beş ildə qəbul prosesində hər hansı bir dəyişiklik olmasa, məktəb, müəllimlər,
repititorlar və şagirdlər buna da adaptasiya olacaqlar. Bu gün dəyişən dünyanın
başqa çağırışları var. Kurikulumlar dəyişən dünyanın çağırışlarına cavab
verməlidir. Təhsil açıq bir sistemdir və biz istər təhsil keyfiyyətində,
istərsə də qiymətləndirmə prosesində xarici təcrübələri öyrənməliyik”.
Sanki
fəlakət baş verib...
Təhsil
eksperti Nadir İsrafiov balların aşağı olmasını faciə adlandıranları
qınayır. Ekspertin sözlərinə görə, test üsulu əzbərçilik yaratdığı üçün
imtahana açıq sualların salınmasının tərəfdarıdır: "Son günlər 700 balın toplanmaması, ümumiyyətlə, balların aşağı
olması ilə bağlı böyük ajiotaj yaranıb. Sanki fəlakət baş verib. Mən bunu belə
qiymətləndirməzdim. Balın aşağı vaxtı da olur, yuxarı vaxtı da. Təəssüf edirəm
ki, keçid balının azlığını təhsilin keyfiyyətinin aşağı düşməsi kimi
qiymətləndirənlər var. Bu düzgün deyil. Təhsil bir ildə nə kəskin şəkildə aşağı
düşə, nə də yüksələ bilər. Bunun üçün 10 illiklər tələb olunur. Balların bu il
aşağı düşməsi yeni modelin tətbiqi ilə bağlıdır. Mən yeni modeli dəstəkləyirəm.
90-cı illərdə bizim cəmiyyətdə testə ifrat dərəcədə aludəçilik yarandı. Sonra
məlum oldu ki, test məntiqi təfəkkürü azaldır və əzbərçilik yaradır. Məzunların
yazı vərdişləri, şifahi nitq qabiliyyəti zəifləyib. Buna görə də bu məsələyə
münasibət dəyişdi. Biz baloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə
artıq şifahi, yazılı imtahanlar keçirilir. Burada da problem yaranır, çünki orta
məktəbdə uşaqlarda yazılı və şifahi alışqanlığı yoxdur. Bu səbəbdən qəbul
imtahanlarına açıq testlər salındı. Açıq testdə abituriyent hər hansı məsələnin
həllini yazılı formada ifadə edir. Açıq testə alışmadıqları üçün məzunlarda problemlər
yaranır. Aşağı bal toplamaq açıq suallara görədir. Ona görə də burada mənfi
fikir söyləmək düzgün deyil. Bu il aşağı olar, gələn il yuxarı. Əsas odur ki,
bu sahədə işlər inkişaf etdirilsin. Ötən illər biz 9-cu siniflərdə esse tətbiq
elədik. Amma bir il keçmədən, göstəricilər aşağı olduğu üçün esseni ləğv etdik.
Bu düzgün qərar deyildi. Hazırda da göstəricilərin aşağı düşməsini əsas gətirib,
bu modeldən imtina etməyə ehtiyac yoxdur. Sadəcə, yeni model gələcəkdə təkmilləşdirilə
bilər”.
Aygün ƏZİZ