• cümə, 19 Aprel, 00:16
  • Baku Bakı 18°C

650 min ağac əkilməsi planetimizin xilasına kömək edəcək

12.10.19 16:00 681
650 min ağac əkilməsi planetimizin xilasına kömək edəcək
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Nəsiminin 650 illik yubileyi şərəfinə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü simvolik aktdır. Dahi şairin şərəfinə nəinki şeirlər yazılır və musiqi əsərləri yaradılır, habelə yeni həyatın ilk cücərtiləri – ağaclar əkilir.AZƏRTACxəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin sözlərinə görə, bu, böyük mütəfəkkirin xatirəsinə ən yaxşı hədiyyədir.
Bəstəkar əlavə edib: "Bakının ekologiyasının yaxşılaşdırılması, paytaxtımızda yaşıllıqların artırılması proqramları həmişə bizi sevindirir. Gözlərimizin önündə şəhərimiz gözəlləşir, yolların kənarları, parklar yaşıllaşır. Qeyd edim ki, bu proqramlar, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən də həyata keçirilir, hətta bu yaxınlarda biz onun Mərkəzi Parkda ağac əkməsi kadrlarını da gördük. Bu, bizi çox valeh edir və həvəsləndirir”.
Firəngiz Əliyeva vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi təşəbbüsü onda heyranlıq hissi doğurub. Böyük məmnuniyyətlə aksiyada iştirak edəcəyini qeyd edən bəstəkar əlavə edib: "Mən planetimizin bir hissəsi olan Azərbaycanın ekologiyasının yaxşılaşdırılması istiqamətində təşəbbüsləri həmişə dəstəkləyirəm, bununla biz planetimizə bu ağır şəraitdə xilas olmaq və yaşamaq üçün daha əlverişli yerə çevrilmək imkanı veririk”.
banner

Oxşar Xəbərlər