• çərşənbə axşamı, 23 aprel, 15:06
  • Baku Bakı 24°C

65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək

30.03.20 15:15 795
65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanunun 5-ci maddəsinə təklif edilən dəyişiklikdə qeyd olunur:
"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir".
Dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər