• cümə axşamı, 25 aprel, 05:01
  • Baku Bakı 19°C

63 yaşlı qadın evində ölü tapıldı

15.01.22 10:38 306
63 yaşlı qadın evində ölü tapıldı
Bakıda qadın evində ölü tapılıb.
Fövqəladə Hallar NazirliyindənKaspi.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər