• çərşənbə, 24 Aprel, 21:06
  • Baku Bakı 23°C

6 ayda yol qəzalarında 290 nəfər ölüb, 698 nəfər xəsarət alıb

12.07.21 14:38 236
6 ayda yol qəzalarında 290 nəfər ölüb, 698 nəfər xəsarət alıb
DİN Baş Dövlət Yol Polisi İdarəsi 2021-ci ilin birinci yarısında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb.
Kaspi.az-ın məlumatına görə, respublika ərazisində cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (-0,5%) fakt, ölənlərin sayı 35 (-10,8%) nəfər, yaralananların sayı isə 3 (-0,4%) nəfər azalıb.
Müəyyən edilib ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4%) baş verib. Bu qayda pozuntularının 302-si (39,9%) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5%) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3%) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı).
Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma 66-8,7%).
Həlak olan 290 nəfərdən (qadınlar 53 nəfər, 7-16 yaş 26 nəfər,) 123-ü piyada, 87-i sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-i isə digər hərəkət iştirakçısı olub.

banner

Oxşar Xəbərlər