• çərşənbə axşamı, 23 aprel, 18:06
  • Baku Bakı 20°C

5 il stadionlara buraxılmayacaq

10.01.20 13:30 749
5 il stadionlara buraxılmayacaq
"Breşiya”nın futbolçusu Mario Balotellinin irqçi təhiqrə məruz qoyan azarkeş cəzalanıb.
Kaspi.az xəbər verir ki, 38 yaşlı fanat 5 il müddətinə stadionlara buraxılmayacaq. Bu müddətdə o, İtaliyada və Avropa İttifaqında keçirilən bütün idman yarışlarında arenaya daxil ola bilməyəcək.
İnsident A seriyasının 11-ci turunda "Verona” ilə keçirilən qarşılaşmada yaşanmışdı. Balotelli həmin qarşılaşmada təhqirə dözməyərək topu tribunaya vurmuş, sonra isə meydanı tərk etmək istəmişdi. Ancaq komanda yoldaşları onu fikrindən döndərə bilmişdilər.
Balotelli cari mövsümdə A seriyasında 13 oyun keçirib, 5 qol vurub.
banner

Oxşar Xəbərlər