• cümə axşamı, 25 aprel, 00:05
  • Baku Bakı 19°C

5 ayın gəlini ərini “Facebook”da aldadıb, evdən qaçdı

20.06.14 14:01 1282
5 ayın gəlini ərini “Facebook”da aldadıb, evdən qaçdı
Göyçayda yeni ailə quran 19 yaşlı gəlin evdən qaçıb. “Anspress”-in xəbərinə görə, bu barədə gəlinin atası Məzahir İsmayılov məlumat verib. Onun sözlərinə görə, qızı, 1995-ci il təvəllüdlü Zemfira Məzahir qızı İsmayılova iyunun 9-da gəlin köçdüyü ər evindən naməlum istiqamətə çıxıb və geri qayıtmayıb. Atanın sözlərinə görə, qızı evdən çıxarkən şəxsiyyət vəsiqəsini də götürübmüş.
Qeyd edək ki, 19 yaşlı Zemfira İsmayılova bu ilin fevral ayında Göyçay rayonuna gəlin köçüb. Qızını uzaq qohumları, 1985-ci il təvəllüdlü Elçin Səyavuş oğlu Abbasova veriblər. Ərə gedəndən sonra qızının ər evində hər şey qaydasında olub. Lakin sonradan Zemfiranın qaynanası ilə problemləri yaranıb.
İyun ayının 9-da isə Elçin qayınatasına zəng vuraraq arvadının evdən qaçdığını deyib: “Əvvəldən qız Elçinə getmək istəmirdi. Nişanlanandan sonra xəbər tutmuşdu ki, Elçin evli olub və uşağı da var. Lakin sonradan aralarında razılığa gəlib evləndilər. Hər şey qaydasında idi. Kürəkənim mənə zəng burub deyəndə ki, qızın qaçıb, şoka düşdüm”.
Məzahir İsmayılov onu da əlavə etdi ki, Elçin sonradan Zemfiranın onu aldatdığı barədə bildirib. Kürəkənin iddiasına görə, Zemfira İsmayılova “Facebook” sosial şəbəkəsində başqa biri ilə danışırmış. Sonradan qadının mobil telefon vasitəsilə elə həmin şəxslə də mesajlaşdığını biliblər: “Elçin əvvəlcə dedi ki, guya Zemfira evdən gedən zaman evdəki qızılları da aparıb. Amma sonra kürəkənim bildirdi ki, əslində qız ancaq şəxsiyyət vəsiqəsini götürüb. Qızılları isə götürməyib”.
Zemfira İsmayılovanın həyat yoldaşı Elçin Abbasov isə evləndiyi gündən indiyədək ailəsində problem yaranmadığını bildirib: “Zemfiranın evdən qaçması mənə çox pis təsir etdi. Mən özüm hüquq işçisiyəm. Araşdırmalar apardım. Demə, Zemfira telefon vasitəsilə vaxtilə istədiyi bir oğlanla mesajlaşırmış. Sonradan öyrəndim ki, Zemfiranın “Facebook”da gizli akauntu varmış. Mən evdən çıxandan sonra həmin oğlanla danışırmış”.
O deyir ki, arvadının “Facebook”da olması heç ağlına da gəlməyib. Bundan qəzəblənən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, Zemfira Məzahir qızı İsmayılova evdən çıxarkən əynində sarı kofta, qəhvəyi şalvar olub. Elə həmin geyimi də Elçin Abbasov arvadının xahişi ilə alıb.
Rayon polis şöbəsinin təhqiqatçısı Kamran Vəliyev Zemfira İsmayılovanın axtarışlarına başlandığını bildirib: “Sosial şəbəkələrdə kimləsə danışırmış. Bundan başqa, onun telefonuna əlavə nömrələrdən zənglər də olub. Elçinlə Zemfira nişanlı olan vaxt, başqa bir oğlan da olub. Həmin adam Elçinə deyibmiş ki, Zemfiranı sevir. Lakin Elçin buna fikir verməyib. İndi çalışırıq qadını tapaq”.
banner

Oxşar Xəbərlər