• cümə axşamı, 25 aprel, 14:39
  • Baku Bakı 23°C

40 yaşlı özbək prezidentə məktub yazdı, Həbiblə döyüşmək üçün

08.01.20 12:37 603
40 yaşlı özbək prezidentə məktub yazdı, Həbiblə döyüşmək üçün
Buxara vilayətinin sakini Utkir Urinov Özbəkistan prezidenti Şavkat Mirziyoyevə məktub yazıb.
Kaspi.az xəbər verir ki, 40 yaşlı Urinov Həbib Nurməhəmmədovla döyüşmək niyyətindədir. O, bu döyüşün baş tutması üçün prezidentdən köməklik göstərməsini xahiş edib:
"Həbiblə döyüşmək istəyirəm. Bu məsələ ilə bağlı heç yerə müraciət etməmişəm.
Bu döyüşün baş tutmasına köməklik göstərməyinizi xahiş edirəm. Həbib, kəməri haqlı daşıdığını sübut etməlidir. Xahiş edirəm ki, məni və Həbibi tibbi baxışdan keçirsinlər”.
Həbib bu yaxınlarda Daşkənddə olub. O, burda Özbəkistanın Qarışıq Döyüş Sənətləri Federasiyasının prezidenti Otabek Umarovla birgə məşq keçib.
Umarov Özbəkistan prezidentinin kürəkənidir.
banner

Oxşar Xəbərlər