• şənbə, 20 Aprel, 12:35
  • Baku Bakı 23°C

“4 uşaq böyütmüşəm, nə əl qaldırmışam, nə də cəzalandırmışam” - Gör-götür

08.05.20 14:30 3774
“4 uşaq böyütmüşəm, nə əl qaldırmışam, nə də cəzalandırmışam” - Gör-götür
Dilşad Ağalarova: "Deyirlər ki, evdə iki nəvə var, bacarmırıq, sən fərqli yaşlarda, fərqli millətlərdən olan ailələrin uşaqlarına necə baxırsan?”
Azərbaycanda yaşadığı müddətdə aktiv fəaliyyət göstərib. 30 ilə yaxın universitetdə müəllim kimi çalışıb, 10 ildən çox yaratdığı Sülh Qeyri-Hökumət Humanitar Təşkilatına rəhbərlik edib. 62 yaşında Kanadaya köçməli olub. Yorulmaq bilmədiyi üçün orda da özünə fərqli məşğuliyyətlər tapıb. Azərbaycanlıların uşaqlarına ana dili öyrədib, universitetdə tələbələrə könüllü şəkildə rus dili dərsi keçib, indi isə evində bağça yaradıb, uşaqlara baxır.

"Kanadada mağazaya gedəndə, Azərbaycan istehsalı olan məhsulları almağa çalışıram. Niyə xeyri öz ölkəmə, həmvətənlərimə deyil, başqalarına verim ki?” – deyən müsahibimiz Kanadanın Kalqari şəhərində yaşayan 70 yaşlı azərbaycanlı xanım Dilşad Ağalarovadır.

- Dilşad xanım, 29 il universitetdə rus dili və ədəbiyyatı müəllimi olaraq çalışmısınız. Pedaqoji fəaliyyətdən tez uzaqlaşmağınızın səbəbi nə idi?
- Mən o vaxt Axundov adına Pedaqoji İnstitutda təhsil almışdım. Təhsilimi başa vurandan sonra institutda müəllim kimi çalışmaq təklif olundu, mən də qaldım. Sonra adı dəyişib Bakı Slavyan Universiteti oldu. Bəli, uzun illər auditoriyada tələblərə dərs keçmişəm. Ovaxtkı qaydalara görə 4 uşağı olan qadınlar 50 yaşdan sonra pensiyaya çıxa bilirdilər. Mənim də 4 uşağım var idi və 51 yaşımda pensiyaya çıxdım.


banner

Oxşar Xəbərlər