• cümə, 29 Mart, 18:56
  • Baku Bakı 14°C

4 milyonluq xəyal

20.09.17 09:00 882
4 milyonluq xəyal
Nəyin bahasına olursa-olsun ermənilərin sayını artırmaq. Bu tezis dünya ermənilərinin Yerevanda keçirdikləri diaspor toplantısında əsas xətt kimi keçib.
Ermənistanın ən ciddi problemləri sırasında lider mövqeyə malik olan demoqrafiyanın doğurduğu səbəblər aydındır - işsizlik və sosial problemlər. Demoqrafiya, mühacirət erməni rəhbərliyini təxirəsalınmaz addımlar atmağa məcbur etsə də, problem ciddiliyini qoruyub saxlayır. Yeri gəlmişkən, problem dünya ermənilərinin Yerevanda keçirdikləri toplantıda əsas müzakirə mövzusu olub. VI Ümumerməni Ermənistan-Diaspor konfransında çıxış edən Serj Sarkisyan "4 milyonluq Ermənistan” proqramını irəli sürüb. Lakin əksəriyyət dərhal da bu proqramın reallaşa bilməyəcəyini bəyan edib. "Bizim hədəfimiz 2040-cı ilə qədər Ermənistanda minimum 4 milyon erməninin yaşamasını təmin etməkdir. "Bundan çıxış edərək deyə bilərik ki, 25 il ərzində Ermənistanda miqrasiya ilə bağlı ciddi göstəricilər əldə etməyi planlaşdırırıq”, - deyə erməni rəhbər vurğulayıb. Onun sözlərinə görə, Ermənistanda demoqrafik tendensiyalar həddən artıq həyəcan doğurur: "Buna görə də immiqrasiyanın artırılması üçün səyləri birləşdirmək lazımdır”.
Sarkisyanın "4 milyonluq Ermənistan” proqramı elə forumda iştirak edən ermənilərin özləri tərəfindən də mümkünsüz hesab edilib. Onlar proqramın həddən artıq ambioz olduğunu vurğulayıblar. Və gəldikləri qənaət budur ki, belə layihələri irəli sürməmişdən əvvəl, sosial-iqtisadi vəziyyəti necə yaxşılaşdırmaq barədə düşünmək gərəkdir. Belə bir perspektiv isə heç üfüqdə də görünmür.
Beləliklə, "Serjik”in ardınca çıxış edən Böyük Kilikiya Evinin katolikosuBirinci Arambildirib ki, Ermənistanın bütöv olması üçün miqrasiyanın tempini azaltmaq gərəkdir. "Əgər insanların həyat səviyyəsi yaxşı olmasa, miqrasiya əvvəlki templə davam edəcək. Yoxsulluq isə sosial və mənəvi aşınmanın mənbəyinə çevriləcək”, - deyə katalikos vurğulayıb. "Gəlin realist və səmimi olaq. Ermənistan boşalır, diaspor isə tükənir. Bu təhlükəli reallıq qarşısında təsadüfi təşəbbüslər problemlərimizi həll edə və yaralarımızı sağalda bilməz. Ermənistan – diaspor əməkdaşlığını təsadüfi iqtisadi investisiyalar və turist ziyarətləri çərçivəsindən çıxararaq, milli siyasətimizin mühüm əsaslarından birinə çevirmək lazımdır”, - deyə Birinci Aram deyib.
"Bura 30 min Suriya ermənisi gəldi, onlardan neçəsi qaldı? Bu gün Gümrüdə problemlər hələ də qalır. Zəlzələnin üstündən 25 il keçib... Bu gün evi olmayan adamlar var. Qoy problemləri həll etsinlər, sonra iri layihələrdən danışsınlar”. Bu sözləri isə Britaniyadakı "Qnçakyan” Sosial-Demokrat Partiyasının sədriVazgen Kasemjiyanbildirib. "Reallıq belədir. Biz vicdanlı olmalıyıq və bu gün inam, əməkdaşlıqdan danışmalıyıq. Hər dəfə burada eyni sözləri eşidirik”, - deyə o əlavə edib. "Bu gün etimaddan, əməkdaşlıqdan danışırıq. Bu etimad arzulanan, gözəgörünməz reallıqdan deyil, hiss olunan reallıqdan gəlir”, - deyə o bildirib.
Los Anceles həmkarlar ittifaqlarının nümayəndəsiStepan Ovakimyan isə "mən utopiyaya deyil, praktiki işə inanıram. Son 20 ildə hər hansı bir irəliləyiş yoxdur”, - deyə qeyd edib. "Daşnaksutyun” partiyasının Kanadadakı bürosunun üzvüAkop Ter-Xaçaturyan isə "Hamımız bilirik ki, ciddi islahatlar və monopoliya ilə mübarizə aparmaq gərəkdir.
Onu da qeyd edək ki, Sarkisyanhəmçinin, diasporun investisiya imkanlarının Ermənistana cəlbindən də danışıb. O, dünyanın 70 ölkəsindən gəlmiş 1400 konfrans iştirakçısını əmin edib ki, Ermənistanda biznes işlətmək və eyni zamanda ölkəni qurmaq üçün hər cür şərait yaradılıb. "Mən prezidentin sözlərinə inanmıram. Ermənistanın baş naziri Karen Karapetyan haqqında bir söz deyə bilmərəm. O, yaxşı işlər görüb. Karen Karapetyan həqiqətən də Ermənistanın lideri ola bilər, əlbəttə, əgər o, Moskvadan gəlməyibsə. Yoxsa əvvəlcə özünü yaxşı insan kimi göstərib sonra deyəcək: əziz xalq, sizin üçün bu qədər yaxşı işlər görmüşəm, indi son sözümə qulaq asın, gəlin Rusiyanın tərkibinə daxil olaq, müstəqillik nəyimizə lazımdır. Əgər o, belə bir şey etsə, deməli, Serj Sarkisiandan da betərdir”, - deyəVazgen Kasemjiyan bildirib. "Əmin olun ki, bu gün diasporda çoxları Ermənistandakı vəziyyətdən, emiqrasiya, iqtisadiyyatda irəliləyişin olmamasından narazıdırlar. Miqrasiya və iqtisadiyyatda vəziyyət acınacaqlıdır”, - deyə o bildirib. "Ermənistan hələlik diaspor ermənilərinin yaşaya biləcəyi yerə çevrilməyib. Hələ ki, burada qanun o dərəcədə möhkəmlənməyib”, - deyə İsveçrədən gəlmiş iş adamıArten Şelefyanvurğulayıb.
Erməni diasporu anlayır ki, 2018-ci il Ermənistanın gələcəyi üçün həlledici olacaq. Bu sırada əsas diqqət baş nazir postunda kimin olmasına yönəlib. Bununla bağlı sualı cavablandıran diaspor nümayəndələri bildirir ki, onlar üçün kimin bu postda olacağı vacib deyil. Əsas olan islahatların aparılmasıdır. Bunu həyata keçirməyə iddialı şəxs isə yoxdur.
Öz növbəsində "Yelk” (Çıxış) bloku diaspor konfransına dəvət almadığını bəyan edib. Bu barədə fraksiyanın rəhbəri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, bu və digər faktlar onu deməyə əsas verir ki, Serj Sarkisyan diaspora forumunu özünün piar-aksiyasına çevirmək niyyətindədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər