• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

30 milyonluq futbolçunu 130 milyonluq oyunçuya çevirib

01.07.20 16:00 1044
30 milyonluq futbolçunu 130 milyonluq oyunçuya çevirib
"Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevil "Liverpul”un uğuru barədə danışıb.
Kaspi.az xəbər verir ki, Nevil "Liverpul”un skautlarının böyük iş gördüyünü deyib. Ancaq o, komandanın uğurunda əsas pay sahibinin Yurgen Klopp olduğunu vurğulayıb:
"Bu, inanılmaz uğurdur. Son bir neçə ilə nəzərə saldıqda, bu uğurun gözlənilən odluğunu deyə bilərik. "Liverpul” qapını hələ ötən mövsüm döyürdü. Belə məqamda "Mançester Siti” ən yüksək səviyyədə oynamağa məcbur idi.
Yurgen Klopp böyük iş gördü. O, 30 milyonluq futbolçunu 130 milyonluq, 75 milyon qiyməti olanı isə 150 milyonluq oyunçuya çevirdi.
"Liverpul”un skautları möhtəşəm iş gördülər, məşqçilər korpusu əla işlədi. Bütün bunlar isə baş məşqçinin sayəsində oldu. Onların çempion olduğu gün özümü yaxşı hiss etmədim. "Liverpul”un çempionluğunu uşaq olarkən görmüşdüm. Ancaq onları təbrik etməyə məcburam”.
banner

Oxşar Xəbərlər