• cümə axşamı, 28 mart, 17:47
  • Baku Bakı 16°C

3 milyona aldılar, 100 milyon qiymət qoydular

24.05.19 14:15 704
3 milyona aldılar, 100 milyon qiymət qoydular
Deyəsən, "Barselona” gələcəkdə holland diasporuna güvənmək niyyətindədir.
Kaspi.az xəbər verir ki, "Barselona” "Qroningen”in 18 yaşlı yarımmüdafiəçisi Lyudovit Reyslə anlaşıb. Kataloniya təmsilçisi Reysə görə 3,25 milyon avro ödəyib.
Onunla bağlanan müqavilədə göstərilib ki, futbolçunu "Barselona”dan almaq istəyən klub 100 milyon avro ödəməlidir.
Yayda "Barselona”ya daha bir holland – "Ayaks”ın futbolçusu Frenki de Yonq da gələcək. Onun komanda yoldaşı Matteys de Liqtin də "Barselona”ya keçəcəyi güman olunur.
banner

Oxşar Xəbərlər