AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

3-cü mikrorayon ərazisində baş verən yanğın söndürülüb

3-cü mikrorayon ərazisində baş verən yanğın söndürülüb

Kriminal
14 Dekabr 2019, 19:00 392
Bakıda 3-cü mikrorayon ərazisində baş verən yanğın söndürülüb. Bu barədə Trend FHN-ə istinadən xəbər verir.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın adıçəkilən ərazidə ərzaq mağazalarının birində baş verib.