• cümə axşamı, 25 aprel, 15:13
  • Baku Bakı 23°C

28 May günü İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

25.05.20 16:55 637
28 May günü İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən "15 İyul Şəhidlər”, "Fatih Sultan Mehmet” və "Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.
Bu barədəAZƏRTAC-a ölkəmizin İstanbuldaki Baş Konsulluğundan bildirilib.
Mayın 27-si və 28-i keçiriləcək tədbir Baş Konsulluğun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutacaq.
banner

Oxşar Xəbərlər