• cümə, 29 Mart, 10:33
  • Baku Bakı 5°C

25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür

25.11.22 14:12 1068
25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu münasibətlə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verir.
Kampaniyaya qoşulan Komitə nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri “Susmayaq! Zorakılıq zəncirini birlikdə qıraq!” şüarı ilə cəmiyyətə müraciət ediblər.

Qeyd edək ki, BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası 25 noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edir.

Kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Hər il kampaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.

 

banner

Oxşar Xəbərlər