215 milyon zərərləri olacaq
Bütün
dünyada koronavirusun yayılması futbol klublarının gəlirlərinə ciddi təsir edəcək.
Kaspi.az
xəbər verir ki, artıq dünyanın nəhəng klublarının zərərləri barədə məlumatlar
yayılır. Fransa nəşrləri hesab edirlər ki, PSJ-nin üzləşəcəyi ziyan 215 milyon
avro olacaq.
Paris nəhənginin
ümumi büdcəsi 638 milyon avrodur. PSJ-nin əsasən teleyayımdan və bilet
satışından gələn gəlirlərdən məhrum
olacağı bildirilir.