• şənbə, 20 Aprel, 13:23
  • Baku Bakı 23°C

2024-cü ildə “Çovdar” yatağının sulfid fazası istismara veriləcək

24.02.20 14:15 1672
2024-cü ildə “Çovdar” yatağının sulfid fazası istismara veriləcək
2024-cü ildə "Çovdar" yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulub.
AZƏRTACxəbər verir ki, bu barədə "AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 24-də ötən ilin yekunları və bu il görüləcək işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yatağın sulfid fazası üzrə təsdiqlənmiş resursları 350 min unsiya qızıl və 925 min unsiya gümüş təşkil edir. Hazırda resursların artırılması istiqamətində əlavə buruq-qazma işləri yekunlaşdırılıb, resursların hasilatı səmərəliliyinin qiymətləndirilməsi həyata keçirilməkdədir. Cari ilin sonuna yatağın sulfid fazası üzrə detallı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması gözlənilir.
banner

Oxşar Xəbərlər