• cümə axşamı, 25 aprel, 21:32
  • Baku Bakı 21°C

2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq

09.01.21 16:00 373
2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq
2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.
APA-nın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.
banner

Oxşar Xəbərlər