• çərşənbə, 24 Aprel, 22:47
  • Baku Bakı 23°C

Azərbaycan nefti ucuzlaşıb

25.12.21 12:15 627
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 24-də 78,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.
Bu barədəTrend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 78,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,37 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.
banner

Oxşar Xəbərlər