• cümə, 19 Aprel, 12:12
  • Baku Bakı 25°C

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24.12.21 19:15 424
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 207 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ QərargahdanKaspi.az verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 204, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 385 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 177 159, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 153 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 656 209, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 367 621 təşkil edir.
banner

Oxşar Xəbərlər