• şənbə, 20 Aprel, 05:14
  • Baku Bakı 15°C

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

23.12.21 17:45 294
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 494 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 653 005, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 349 236 təşkil edir.
banner

Oxşar Xəbərlər