• şənbə, 20 Aprel, 20:38
  • Baku Bakı 24°C

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO

02.12.21 12:31 363
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - VİDEO
İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundanKaspi.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.
Polis əməkdaşları 7 avtomat, 3 qumbaraatan, 3 pulemyot, 7 qumbaraatan mərmisi, 8 əl qumbarası, 4 partladıcı vasitə, 3 sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər