• cümə axşamı, 25 aprel, 20:18
  • Baku Bakı 21°C

Sabahın hava proqnozu açıqlanıb

25.11.21 14:15 219
Sabahın hava proqnozu açıqlanıb
Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya XidmətindənKaspi.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Noyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
banner

Oxşar Xəbərlər