• cümə, 29 Mart, 13:21
  • Baku Bakı 14°C

Sabah Bakıda yağış yağacaq

18.10.21 14:09 244
Sabah Bakıda yağış yağacaq
Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya XidmətindənKaspi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.
Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.
Abşeron yarımadasında Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Oktyabrın 19-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
banner

Oxşar Xəbərlər