• cümə, 26 Aprel, 10:36
  • Baku Bakı 12°C

Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

17.10.21 13:50 331
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Oktyabrın 18-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən"Report"a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoz:
Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da əsasən meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında:Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
banner

Oxşar Xəbərlər