• cümə axşamı, 02 may, 01:42
  • Baku Bakı 15°C

Azərbaycanda 1119 nəfər COVID-19-dan sağalıb, 1017 nəfər yoluxub

09.10.21 14:53 473
Azərbaycanda 1119 nəfər COVID-19-dan sağalıb, 1017 nəfər yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 017 yeni yoluxma faktı qeydə alınıb, 1 119 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6 654 nəfər vəfat edib. 12 513 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, bu günə qədər isə ümumilikdə 4 944 352 test icra olunub.
banner

Oxşar Xəbərlər