• çərşənbə, 24 Aprel, 16:42
  • Baku Bakı 27°C

Azərbaycan nefti bahalaşıb

08.10.21 11:00 268
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 7-də 83,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.
Bu barədəTrend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 81,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər