• cümə, 19 Aprel, 20:02
  • Baku Bakı 24°C

Azərbaycana payız gəlib

23.09.21 09:00 234
Azərbaycana payız gəlib
Ötən gün Bakı vaxtı ilə saat 23:21-də Azərbaycana payız fəsli daxil olub.
Kaspi.az Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşir.
Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i saat 19:59-da qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətiricək (Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur).
Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.
banner

Oxşar Xəbərlər