AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Təfsilat
20 Sentyabr 2021, 09:59 108

Dünyada 229 292 520 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 4 705 482 xəstə ölüb, 205 922 518 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (42 900 906 nəfər), Hindistan (33 478 419 nəfər), Braziliya (21 239 783 nəfər), Böyük Britaniya (7 429 746 nəfər) və Rusiyadır (7 274 928 nəfər).

Türkiyədə 6 847 259, İranda 5 424 835, Gürcüstanda 595 264, Ermənistanda isə 253 600 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (198 218 nəfər), İran (117 182 nəfər) və Türkiyədə (61 574 nəfər) qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 472 719 nəfərin 6 305-i ölüb, 434 095 xəstə sağalıb.