• şənbə, 27 Aprel, 02:30
  • Baku Bakı 14°C

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

24.08.21 17:15 287
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
banner

Oxşar Xəbərlər