• şənbə, 20 Aprel, 16:32
  • Baku Bakı 23°C

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

11.07.21 15:00 328
Sumqayıtda intihara cəhdin qarşısı alınıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
banner

Oxşar Xəbərlər