AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Təfsilat
23 Aprel 2021, 17:15 419
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 424 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 199, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 225 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 396 391, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 926 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470 315 təşkil edir.