• cümə, 19 Aprel, 23:32
  • Baku Bakı 24°C

Havada toz dumanı müşahidə olunur

20.04.21 19:00 1018
Havada toz dumanı müşahidə olunur
Havada toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin Kaspi.az-a verilən məlumatına görə, bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.
Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.
Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.
banner

Oxşar Xəbərlər