• şənbə, 20 Aprel, 11:55
  • Baku Bakı 14°C

İpoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətlərinə dəyişiklik təklif edilir

27.10.20 13:03 477
İpoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətlərinə dəyişiklik təklif edilir
İpoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətlərinə dəyişiklik təklif edilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, ipoteka qoyulmuş torpaqların bazara çıxarılması "İpoteka haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Qüvvədə olan qanuna əsasən, girovsaxlayan, girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi halda, girov qoyulmuş torpaq sahəsini bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya, dəyişdirə və torpaq bazarında digər əqdlər bağlaya bilərdi.
Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində, girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa əks etdirilməliydi.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
banner

Oxşar Xəbərlər