• çərşənbə axşamı, 16 aprel, 10:57
  • Baku Bakı 14°C

Azərbaycanda avtomobil istehsalı artıb

18.07.20 15:52 599
Azərbaycanda avtomobil istehsalı artıb
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1 faiz artıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə hesabat dövründə emal sektorunda əczaçılıq məhsullarının istehsalı 4,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 66,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,9 faiz, kağız və karton istehsalı 21,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,5 faiz, tütün məmulatlarının istehsalı 16,3 faiz, maşın və avadanlıqların istehsalı 16,2 faiz, geyim istehsalı 6,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,1 faiz, elektrik avadanlıqlarının istehsalı 3,8 faiz, neft məhsullarının istehsalı 0,8 faiz artıb.
Toxuculuq sənayesi məhsullarının istehsalı 0,5 faiz, qida məhsullarının istehsalı 1,1 faiz, içkilərin istehsalı 3,8 faiz, mebel istehsalı 5,2 faiz, poliqrafiya məhsullarının istehsalı 6,2 faiz, tikinti materiallarının istehsalı 10,4 faiz, hazır metal məmulatlarının istehsalı 13,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,7 faiz azalıb.
banner

Oxşar Xəbərlər