Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin
bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper
tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə
pozub.
Müdafiə Nazirliyindən verilən
məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən
mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində
yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal
altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı, Cəbrayıl
rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və
Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.