• cümə axşamı, 25 aprel, 19:19
  • Baku Bakı 21°C

Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub

27.05.20 09:59 479
Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
APAAzərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər