• cümə axşamı, 28 mart, 21:01
  • Baku Bakı 13°C

Teledərslərin sabahkı cədvəli açıqlanıb

30.03.20 12:25 533
Teledərslərin sabahkı cədvəli açıqlanıb
Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” kanalında yayımlanan "Dərs vaxtı” proqramının 31 marta üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.

Sabaha olan cədvəli təqdim edirik.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.






banner

Oxşar Xəbərlər