AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Sağlıq və Termal Turizmə dəstək

Azərbaycan Sağlıq və Termal Turizmə dəstək

Təfsilat
25 Fevral 2020, 16:06 802
Assosasiyasının 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərindən biri olan ölkəmizin sağlamlıq turizm və turizm potensialını, mövcud turizm marşrutlarını, mədəniyyətini, mətbəxini və s. beynəxalq müstəvidə tanıtmaqdır. Cari ilin 7-9 Fevral tarixində Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən "TOUREST2020” beynəlxalq sərgisində AHTTSA-nı "Aydan” Azərbaycan mədəniyyət evi ilə birlikdə stenddə təşkilatın prezidenti Ruslan Quliyev təmsil etmişdir. Stendi ziyarət edən yerli vətəndaşlara Azərbaycan və onun tarixi, mədəniyyəti, mətbəxi, turizm və sağlamlıq turizmi, termal müəssisələri haqqında ətraflı məlumat verən Ruslan Quliyev sərginin ilk günü təşkilatçılar tərəfindən təşkil olunan Qala gecəsində iştirak etmişdir. Qala gecəsində "Azərbaycan saatı” təqdimat təşkil olunmuşdur.       Təqdimatda Azərbaycanın Latviyada fəaliyyət göstərən Azərbaycan mədəniyyət evinin rəhbəri Rüfət Quliyev də iştirak etmişdir. Giriş sözü ilə qonaqları salamlayan Ruslan Quliyev Avropada, xüsusilə Baltikyanı ölkələrin insanlarının Azərbaycana marağından bəhs etmişdir. Təqdimat zamanı Azərbaycan turizmi və sağlamlıq turizmi, kurort zonaları Naftalan, Qalaaltı və s. , həmçinin ölkə brendi haqqında təqdimatlar olmuşdur. Həmçinin tədbirdə iştirak qonaqlar üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunmuşdur.
     Sərginin ikinci günü isə Estoniyada fəaliyyət göstərən turizm agentliklər və tur operatorlar üçün tədqimat keçirilmiş və Azərbaycanın yeni turizm brendi təqdimat olunmuşdur. Təqdimatda dünya şöhrətli bəstəkar Peeter Vahi Azərbaycan haqqında yüksək fikirlər söyləyərək hər kəsi bura səfər etməyə çağırmışdır. Rüfət Quliyev də öz çıxısında "Made in Azerbaijan” brendi haqqında məlumat vermişdir. "Turizm həm də bir diplomatiya işi və xalqların dostluğudur” fikri ilə təqdimata başlayan AHTTSA prezident Ruslan Quliyev yaxın zamanlarda Baltikyanı ölkələrinin turizm şirkətləri və tur operatorları üçün Azərbaycana info turların təşkil olunacağı ilə bağlı məlumat vermişdir. Təqdimatın sonunda "Aydan” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Niyazi Hacıyevə, ETFL-in rəhbərliyinə  və bəstəkar Peeter Vahİ-yə AHTTSA-nın idarə heyyəti adından təşəkkür plaketləri təqdim olunmuşdur.
    Növbəti gün Azərbaycan mədəniyyət evini ziyarət edən Ruslan Quliyev bir sıra rəsmi və qeyri rəsmi görüşlər keçirmiş və mərkəzə müxtəlif hədiyyələr təqdim etmişdir.