• cümə axşamı, 28 mart, 17:55
  • Baku Bakı 16°C

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

21.02.20 11:23 1154
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib
Vaşinqton İran İslam Respublikasında "azad və ədalətli seçkilər” keçirilməsinə mane olan 5 iranlı məmura qarşı sanksiya tətbiq etməklə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib.
APA"TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı press-relizdə bildirilib.
"ABŞ Prezidenti Donald Tramp administrasiyası İran rejiminin lehinə seçki manipulyasiyasına dözməyəcək. Vaşinqtonun bu addımı İran xalqının öz liderlərini sərbəst seçmələrinə mane olan məsul yüksək vəzifəli şəxsləri ifşa edir”, - deyə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.
Bu dəfə İranın Mühafizə Şurasının və onun Mərkəzi Seçki Monitorinq Komitəsinin üzvlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Bu siyahıya, xüsusilə, şura sədri Əhməd Dannati daxil edilib.
banner

Oxşar Xəbərlər