Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

Təfsilat
20 Yanvar 2020, 10:53 586
Türkiyənin Sivas vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.
 
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 20:35-də Zara rayonunda qeydə alınıb.
 
Zəlzələnin ocağı 6,98 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, Türkiyə coğrafi mövqeyinə görə tektonik zona hesab edilir.

Ötən il sentyabrın 26-da da İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 473 binaya ziyan dəyib.