Neftin qiyməti ucuzlaşıb

Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat
19 Noyabr 2019, 12:45 646
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar ucuzlaşaraq 62,26 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar azalaraq 56,79 dollar təşkil edib.