• şənbə, 27 Aprel, 00:04
  • Baku Bakı 14°C

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

19.10.19 14:52 555
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublikada qeydə alınmış cinayət və hadisələr haqqında statistikanı açıqlayıb.
DİN-dənAPA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindəngün ərzində törədilmiş 21 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər