• çərşənbə axşamı, 19 mart, 12:50
  • Baku Bakı 8°C

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

17.08.19 15:50 13982
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Əfqanıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi diləyirəm".
banner

Oxşar Xəbərlər