• çərşənbə, 24 Aprel, 10:51
  • Baku Bakı 13°C

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

22.06.19 15:21 685
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 14 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bundan başqa, ötən gün əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər